Bayden administrasiyası İsrailə tank mərmilərinin satışını təsdiqləyib

İsrailin Qəzza zolağına hücumları 64 gündür davam edir.  Sherg.az xəbər verir ki, ABŞ İsrailə silah satmağa qərarlıdır. Prezident Co Bayden administrasiyası fövqəladə vəziyyət səlahiyyətindən istifadə edərək, ABŞ Konqresinin təsdiqinə təqdim etmədən İsrailə 106,5 milyon dollar dəyərində 13 981 tank mərmisinin satışını təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada, Xarici İşlər Nazirliyinin tank mərmilərini dərhal İsrailə çatdırmaq üçün  Silah İxracına Nəzarət Aktında yer alan fövqəladə hal səlahiyyətindən istifadə edildiyi, ABŞ dövlət katibi Antoni Blinkenin isə tank mərmilərinin  ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olaraq İsrailə dərhal çatdırılmasında konqresə ətraflı əsaslandırmalar təqdim etdiyi bildirilib. Açıqlamada tank mərmilərinin satışının ABŞ ordusunun inventarından ediləcəyi və satışın ABŞ-ın müdafiəsinə mənfi təsir göstərməyəcəyi bildirilib.