Ekoloji fəlakətə diqqət! Şəhərin göbəyini buğda tarlasına çevirdi! 

 1982-ci ildə göydələnlər şəhəri Nyu-Yorkun göbəyində  macar əsilli Amerikalı rəssam Agnes Denes "Wheatfield - A" adlı layihə çərçivəsində 2 hektarlıq bir sahədə buğda əkdi. Əslində Denes ABŞ-ın ən məşhur və izdihamlı şəhərlərindən birində açıq şəkildə bütün dünyaya meydan oxuyurdu, baş verənlərə yüksək səslə “Yox” deyirdi. O vaxt 4,5 milyard dollar dəyərində ərazidə əkilən buğdanın arxasındakı həqiqət ilə tanış olun.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Karyerası boyunca qlobal ekoloji fəlakətə diqqət çəkən, çoxlu monumental əsərlər yaradan Aqnes Denes iqlim dəyişikliyi ilə mübarizə aparan rəssam kimi şöhrət qazanıb. Onun çalışmaları  ekoloji narahatlıqlar haqqında məlumatlılığı artırmaq məqsədi daşıyırdı. Beləliklə rəssam qlobal istiləşmə və iqtisadi bərabərsizliyə etiraz olaraq, 1982-ci ildə Manhettenin mərkəzində Əkiz Qüllələrin tikintisindən sonra yaradılmış poliqonda böyük buğda sahəsi əkib.

Sahə 2 hektar əraziyə yayılmışdı və 1982-ci ilin yayında rəssamın özü tərəfindən əkilmiş və yığılmışdır. 4,5 milyard dollarlıq dəyərindəki  ərazidə buğda əkilməsi o dövrdə böyük təsir bağışladı. Sahə əvvəlcə yanlış idarəetmə, tullantılar, ekoloji narahatlıqlar və dünya aclığına istinad edirdi. Rəssam Denes, buğda kimi malların satıldığı maliyyə mərkəzi və birjanın evi olan Uoll Stritə yaxın olduğuna görə qəsdən bu yeri seçib. Bu həm də dünyanın vəziyyətinə, eləcə də dünya iqtisadiyyatına bir işarə idi.

Rəssam ərazini kütləvi zibilxanadan təmizləyərək buğda sahəsinə çevirib. Denes iki köməkçi və məhəllədən olan bir dəstə könüllü ilə işləyirdi. Sahənin təmizlənməsi və hazırlanmasının çətin tərəfi çöldən iki yüz yük maşını ilə torpağın daşınması, qayaların və zibillərin çıxarılması olub.

Taxıllar bir-bir əllə səpilir, şırımlar gətirilən torpaqla örtülürdü. Bu yer 4 ay saxlanılıb. Denes hər mərhələdə buğda sahəsinə rəhbərlik edir və hər şeyin qayğısına qalırdı. Alaq otları təmizləndi, mayalandı və kif göbələklərinə qarşı püskürtüldü. Eyni zamanda sahədə suvarma sistemi də quraşdırılıb.

May ayında əkilmiş buğda sahəsi avqustun 16-da biçilmiş, sağlam, qızılı taxıllar verilmişdir. Məhsul yığıldıqdan sonra onun bir hissəsi Nyu-Yorkun atlı polisi üçün istifadə edildi. Məhsulun digər hissələri 1987-1990-cı illər arasında Minnesota İncəsənət Muzeyi tərəfindən təşkil edilən "Dünya Aclığının Sonu üçün Beynəlxalq İncəsənət Şousu" adlı sərgi çərçivəsində dünyanın 28 şəhərinə səyahət etdi. Toxumları dünyanın bir çox yerində əkən insanlar aparıblar.


Sərgi ilə bağlı açıqlama verən Denes, "Əlbəttə ki, bu, dünyada aclığı bitirmədi, amma bu iş əslində addım-addım hərəkətə keçməkdən ibarət idi" deyə bildirib.

"Buğda tarlası bir simvol, universal bir anlayış idi. O, qida, enerji, ticarət, dünya ticarəti və iqtisadiyyatı təmsil edirdi. O, yanlış idarəetmə, israf, dünya aclığı və ekoloji narahatlıqlara qarşı. O, yersiz prioritetlərimizə diqqət çəkdi"  -Aqnes Denes deyir.

İctimai İncəsənət Fondu tərəfindən maliyyələşdirilən və 4 ay davam edən bu iş bölgənin şəhər xarabalığının qızıl buğdaya çevrildiyini göstərən iddialı bir layihə idi. O vaxt bunu təsəvvür etmək mümkün deyildi və bu gün də təxəyyüldən kənarda qalır. Əsər qalıcı olmasa da, onun şahidi olanların yaddaşında hələ də yaşayır.