Qaydalar dəyişir: Kuryerlərə vaxt məhdudiyyəti aradan qalxacaq

Kuryerlərə aid qaydalar dəyişir. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, qayda dəyişikliyinə uyğun olaraq Türkiyədə kuryerliklə məşğul olanlara münasibətdə vaxt məhdudiyyəti aradan qalxacaq. Türkiyə Rabitə Nazirliyi son zamanlar kuryerlik fəaliyyətinin artması, kuryerlərə tələbatın artmasını nəzərə alaraq onların işini yüngülləşdirəcək qayda dəyişikliyi etməyi düşünür. Qanuna dəyişiklik sənədi Böyük Millət Məclisinə təqdim olunacaq. Yeni qaydaya görə, kuryerlik fəaliyyətində məhsulun təslimedilmə müddətiylə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır. Məsələn, kuryerlərdən əvvəllər mövcud olan “30 dəqiqədə qapında” çatdırılma üsulunda kuryerlərin məhsulu göstərilən müddətdə mütləq çatdırmaq kimi məsuliyyətdən azad ediləcəklər. Onların vəzifəsi mal və məhsulu uyğun bir vaxtda, gecikmə olmadan çatdırmaqdır. Belə qayda dəyişikliyinə səbəbsə, böyük ehtimalla yollardakı tıxaclar səbəbindən çatdırılmada yarana biləcək gecikmələrdir. Bundan başqa kuryerlərin idarə etdiyi avtomobillərin istehsal tarixiylə bağlı da məhdudiyyət əlavə edilir. Motosikletlərin istifadə müddəti 10 ildən artıq, avtomobillərdə isə 20 ildən artıq olmamalıdır. Kuryerlərin gödəkçələrində də mütləq “kuryer” ifadəsi yazılmalıdır. Şirkət rəhbərlərinə kuryerlərin təhlükəsizliyini təmin etmək də həvalə edilir.