Yaponiyanın "ən yaşlı adamı" kimi tanınan Tatsumi Fusa 116 yaşında vəfat edib.
“Şərq” xəbər verir ki, Osaka metropolisindəki Kaşivara şəhərinin rəsmisi mətbuata açıqlamasında şəhərdə yaşayan Tatsuminin 116 yaşında dünyasını dəyişdiyini bildirib.
Rəsmi bildirib ki, 25 aprel 1907-ci ildə Osakanın Yao rayonunda anadan olan Tatsumi həyatının təxminən son 10 ilini Kaşivaradakı qayğı mərkəzində keçirib.
110 yaşına qədər əsas ehtiyaclarını təkbaşına görən Tatsuminin ayın əvvəlindən nəfəs almaqda çətinlik çəkdiyi bildirilib.
Sentyabr ayında dövlət televiziyası NHK-də "Yaşlılara Hörmət Günü" çərçivəsində yayımlanan kadrlarda əlil arabasında Tatsuminin qayğı mərkəzinin işçiləri ilə görüşü olub.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin qeydlərinə görə, Tatsumi bu titulu 2022-ci ilin aprelində 119 yaşında Fukuokada vəfat edən Tanaka Keynin “Yaponiyanın ən yaşlı insanı” olmasından sonra alıb.