ABŞ-də evsizlərin sayı 12 faiz artaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mənzil və Şəhər İnkişafı Departamentindən yayılan açıqlamada ölkədə evsizlərin sayının rekord həddə çatdığı qeyd edilib.
Açıqlamada 2023-cü ilin yanvar ayında 650 mindən çox insanın evsiz qaldığı və bunun 2007-ci ildə məlumatların qeydə alındığı vaxtdan bəri ən yüksək rəqəm olduğu bildirilib.
Məlumatda ölkədə evsizlərin sayının 12 faiz artdığı bildilirilir. Buna epidemiya dövründə ölkə daxilində kirayələrin sürətli artımı və vəsaitlərin azalması təsir edib.
Açıqlamada, kirayə mənzil xərclərinin "qeyri-adi dərəcədə çətin" olduğu və ölkədəki evsizlərin təxminən 28 faizinin uşaqlı ailələrdən gəldiyi və bu rəqəmin 2022-ci ildən 2023-cü ilə qədər 25 mindən çox artdığı qeyd edilib.
Mənzil və şəhərsalma naziri Marcia Fudge evsizlik probleminin həllində irəliləyiş əldə etdiklərini, lakin hələ görüləcək çox iş olduğunu söyləyib.