Meksikanın Quanaxuato əyalətində bir əyləncə tədbirinə silahlı hücum nəticəsində 12 gənc həyatını itirib, 12 nəfər isə yaralanıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ştatın Salvatierra qəsəbəsindəki San Jose del Carmen fermasında keçirilən şənliyə qatılan gənclərə silahla hücum edilib.
Hücumda 12 gənc həyatını itirib, bəziləri ağır olmaqla 12 nəfər yaralanıb. Hücumdan sonra polis geniş miqyaslı araşdırma başlayıb.
Salvatierra Bələdiyyə Başçısı German Servantes etdiyi şərhdə hücuma reaksiya göstərərək, "Bu səhər nifrətlə baş verən şiddəti qınayıram. Prokurorluq və təhlükəsizlik qüvvələri tam koordinasiya içində lazım olanı edirlər" deyib.
Meksikada ən çox qətl və hücumların baş verdiyi ştatlardan biri olan Quanaxuatoda bu il 3029 nəfər həlak olub.