
250 milyon dollar yardım böyük vəsaitdir - ŞƏRH
09:29 14.09.2024
Dünya
520
İlk dəfə deyil ki, ABŞ-nin Ermənistana açıq-aşkar maddi-hərbi dəstəyini görürük
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri (USAID) Samanta Pauer kimdir və hansı siyasəti həyata keçirir. USAID-in qərəzli münasibəti və qeyri-obyektiv yanaşması ilə təkcə Azərbaycan yox, müstəqil siyasət yürütmək istəyən hər bir dövlət üzləşir. Belə ki, 30 il ərzində Ermənistanın işğalı ilə Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün problemi yaranmışdı. Bu illərdə öz evlərindən didərgin salınmış şəxslər qayıdış arzusu ilə yaşayırdılar. İşğal dövründə ermənilər Azərbaycana məxsus dini, tarixi-mədəni abidələri məhv etmişdilər. Diplomatik missiyaların, eləcə də USAID-in nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı erməni vandalizminin şahidi olsalar da, obyektiv yanaşma nümayiş etdirmədilər. Bu təşkilat humanitar məsələlər, insan hüquqları və demokratiya ilə bağlı azərbaycanlıların pozulan hüquqlarını gündəmə gətirmədi. Amma bu gün eyni təşkilat Qarabağ erməniləri məsələsində ölkəmizə qarşı təzyiq metodlarından istifadə edir. USAID-in Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırması təsadüfi hal sayıla bilməz. Bu addımın məqsədi USAID-in arxasında duran beynəlxalq şəbəkələrin, mərkəzlərin erməni məsələsini, onların mövcudiyyətini Cənubi Qafqazda davam etdirmək və erməni kartından öz məqsədləri üçün istifadə etmək niyyəti ilə əlaqədardır.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, ilk dəfə deyil ki, ABŞ-nin Ermənistana açıq-aşkar maddi-hərbi dəstəyini görürük. Deputat bu halın davamlı baş verməsini təəssüflə qeyd edib:

"Xüsusən, USAİD bu məsələdə öz fəallığını qoruyur. Bu qurum bir neçə dəfədir ki, Ermənistana humanitar və digər məsələlərlə bağlı maliyyə yardımı ayırır. Bu, kifayət qədər böyük bir məbləğ və vəsaitdir. Torpaqları 30 il ərzində işğal altında qalan, 10 min kv.km-dən çox ərazisi minalarla çirkləndirilən, şəhər və kəndləri viran qoyulan Azərbaycana qarşı bu münasibəti görmürük. Azərbaycana bununla bağlı heç bir yardım edilmir. Təəssüf doğuran məqam odur ki, ABŞ təşkilatlarının Ermənistana ayırdığı maliyyə yardımı daha çox bu ölkənin silahlanmasına yönləndirilir. Vaşinqton bir tərəfdən Azərbaycanla normal münasibətlərdən, tərəflər arasında sülhdən, əməkdaşlıqdan danışır, digər yandan isə biz Ağ Evin qərəzli və tərəfli münasibətinin şahidi oluruq. Hesab edirəm ki, ABŞ bu kimi təxribatlarına son qoymalıdır, Bakı ilə əlaqələri gərginləşdirməməlidir. Ermənistanın bu və ya digər yollarla Azərbaycana qarşı silahlandırılması bölgədə sülh prosesinə mənfi təsir göstərir. Əgər sadəcə humanitar məqsədlərlə yardım göstərirsə, o halda müəyyən vəsait Azərbaycan üçün də ayrılmalıdır. Çünki işğala, təcavüzə, dağıntılara məruz qalan Azərbaycan olub. Ermənistan isə işğalçı tərəfdir. Ancaq təəssüf ki, bizə münasibət tamam fərqlidir. Növbəti dəfə ikili standartlarla, qərəzli yanaşmalarla üz-üzəyik. Bu da haqlı olaraq Azərbaycan tərəfindən narazılıqla qarşılanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya