Putin Moskvada səfərdə olan Şimali Koreyanın XİN başçısı ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, Putin Rusiya və KXDR xarici işlər nazirlərini qəbul edib.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyadan olan həmkarı ilə görüşüb.