Ölüm hökmü qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.
“Ölüm cəzası qəbuledilməzdir, çünki o, fərdin toxunulmazlığına və ləyaqətinə müdaxilədir. Ölüm cəzasına əl atmadan da ictimai rifahı qorumaq və ədalətin tələblərini təmin etmək mümkündür. Vətəndaşları qoruyan, eyni zamanda təqsirkarları islah olunmaq imkanından tam məhrum etməyən səmərəli həbs sistemi işlənib hazırlanıb”, - Papa bildirib.