Şahzadə Keyt əməliyyat olundu: 14 gün xəstəxanada qalacaq

Uels şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton qarın nahiyəsindən əməliyyat olunub. Keytin 2 həftə xəstəxanada qalacağı bildirilib.
"Sherg.az" xəbər verir ki, Uels şahzadəsi sonuncu dəfə Milad günü kral ailəsi ilə birlikdə ictimaiyyət qarşısında görünüb. O zaman Keytin pis olduğuna dair heç bir əlamət yox idi .
Əməliyyatın niyə edildiyi rəsmi olaraq açıqlanmasa da, əməliyyatın xərçənglə əlaqəli olmadığı bildirilib.
Şahzadə Keytin tam sağalması 2-3 ay çəkəcək və evə buraxıldıqdan sonra Windsor'a qayıdacağ.
Qeyd edək ki, heç bir məlum xəstəliyi olmayan 42 yaşlı şahzadə Keytin 2 oğlan və 1 qız uşağı var.