İran Prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Tasnim Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rəisinin Türkiyəyə yanvarın 4-də planlaşdırılan səfəri İranın Kerman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salınmışdı.