Yaponiyada qarın qalınlığı 50 santimetri keçdi!

Yaponiyada yağan güclü qar həyata mənfi təsir etməkdə davam edir. Qarın qalınlığının 59 santimetrə çatdığı Gifu əyalətində 800 avtomobil magistral yolda qalıb və bir çox uçuşun ləğv edildiyi öyrənilib.
"Sherg.az" xəbər verir ki qarın qalınlığının Gifu əyalətində 59, Şiqa əyalətində 50, Hokkaydo əyalətində 21, Qunma əyalətində 17, Tottori əyalətində isə 12 santimetrə çatması sürücülərə çətin anlar yaşadır. Təxminən 800 avtomobil yolun bağlanması səbəbindən Gifu əyalətindəki Meişin Ekspress yolunda qapalı qalıb. Yaponiya özünümüdafiə qüvvələrinin  komandaları gecə boyu qar kürəyi ilə təmizləmə və avtomobillərin xilasetmə işləri üçün çalışıblar.
Bu gün müxtəlif ştatlardan həyata keçirilməsi planlaşdırılan ən azı 98 reysin ləğv edildiyi açıqlansa da, qatar xidmətlərində də təxirə salınmalar və gecikmələr olub. Bir çox yük şirkətləri Horukuri, Kyushu, Kinki və Şikoku bölgələrində avtomobil nəqliyyatında yaranan axsamalar səbəbindən əməliyyatlarda gecikmələr olacağını açıqlayıb.

Yaponiya Meteorologiya İdarəsi  24 saat ərzində qarın qalınlığının Tohoku bölgəsində 60 santimetrə, Hokkaydo və Koşinetsu bölgələrində 50 santimetrə, Hokuriku, Kinki və Çuqoku bölgələrində isə 40 santimetrə çata biləcəyi barədə xəbərdarlıq edib. Səlahiyyətlilər sürücüləri yol nəqliyyatında hər hansı axsamalara hazır olmağa çağırıb.