Miçotakisdən F-35 açıqlaması

Yunanıstan artıq ABŞ-dan F-35 qırıcılarını satın alır.
Axar.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib.
O bildirib ki, Vaşinqtonun bu addımı ABŞ-Yunanıstan münasibətlərinin strateji dərinliyini göstərir:
“Yunanıstan 40 ədəd F-35 almaq yolundadır. Bununla yanaşı, Afina Silahlı Qüvvələrin hər üç qolunu və Yunanıstan Sahil Mühafizəsini gücləndirəcək silah paketini tamamilə pulsuz əldə edir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Yunanıstana F-35 qırıcı təyyarələrinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.