İran ABŞ və İsrailin yeni hərbi zərbələrinə cavab verərkən özünü məhdudlaşdırmayacağını bəyan edib.
Sherg.az xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı mənbə TASS agentliyinə açıqlamasında bildirib.
Mənbə ABŞ Prezidenti Donald Trampın Konqresə seçkilərdən sonra İrana qarşı zərbələri bərpa etməyə etiraz etmədiyi barədə sözlərini şərh edib.
“Bu dəfə, ən yeni və gözlənilməz hərbi texnikanın nümayişindən əlavə, İranın hər hansı təmkin nümayiş etdirməsi və döyüş əməliyyatlarını coğrafi və ya tematik baxımdan məhdud çərçivədə saxlaması üçün heç bir səbəb olmayacaq”, – deyə iranlı mənbə bildirib.
Qeyd edək ki, Moskvanın mövqeyi dəyişməz olaraq qalır. Rusiya münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır. Moskva danışıqlarda vasitəçilik etməyə, həmçinin İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bildirir.