Putin, Əliyev və Paşinyanın Türkmənistanda qapalı görüş keçirdiyi təkzib edildi

Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Türkmənistanda üçtərəfli görüş keçirilməyib.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan açıqlamasında bildirib.

O, üç ölkə liderinin 15 dəqiqəlik qapalı görüş keçirdiyi barədə məlumatı təkzib edib.

“Belə bir görüş olmayıb”, - Arutyunyan deyib.

Qeyd edək ki, bundan əvvəl “Kommersant” qəzeti liderlərin Türkmənistanda qapalı görüş keçirdiyini yazmışdı.

Xatırladaq ki, oktyabrın 8-də Paşinyan və Əliyev Türkmənistanda MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbul zamanı söhbət ediblər.