Bayramov Akarla Azərbaycan-Türkiyə əməkdaşlıq gündəliyini müzakirə edib
15:27 29.01.2024
Dünya
446
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.
Hulusi Akar öz növbəsində qonaqpərvərliyə və xoş qəbula görə təşəkkürlərini bildirib, ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin gələcək perspektivlərindən məmnuniyyət ifadə edib. Həmçinin komissiya sədri Hulusi Akar Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya