Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb

Ya Beynəlxalq Cinayət Məhkəməsi öz təhdidlərinə son qoyacaq, ya da biz Beynəlxalq Cinayət Məhkəməsinə son qoyacağıq.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O, ABŞ-ın müttəfiqlərinə bu qurumla mübarizə aparmaqla bağlı çağırış edib.

“BCM-in üzvü olan və müdafiə üçün ABŞ hərbçilərinə arxalanan müttəfiqlərimizin bu məhkəməni cilovlamasını gözləyirik. Onlar bunu etməsələr, ABŞ BCM-i sıradan çıxarmaqla bağlı kampaniyasını davam etdirəcək”, - Rubio vurğulayıb.

Qeyd edək ki, ABŞ bu gün BCM-ə sanksiya tətbiq edib.