Netanyahu onları HƏMAS-a yardım etməkdə ittiham etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın ölkəsinə qarşı hücumunda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının iştirak etdiyinə dair kəşfiyyat məlumatı yayımladığını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

“Biz aşkar etdik ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinin 13 əməkdaşı həqiqətən də 7 oktyabr qırğınında birbaşa və ya dolayısı ilə iştirak edib. Həmin agentliyin məktəbləri İsraili məhv etmək doktrinalarını öyrədir - terrorizm doktrinaları, terrorizmi tərifləmək, terrorizmi ucaltmaq”, - Baş nazir bildirib.

O, HƏMAS-ın BMT-nin yardım agentliyinə “nüfuz etdiyini” deyib.