HƏMAS-ın 17 batalyonu məhv edilib - Netanyahu

İsrail ordusu oktyabrın 7-də münaqişə başlayandan indiyədək Qəzza zolağındakı HƏMAS-ın 24 batalyonundan 17-ni məhv edib.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.

“Əsas məqsədimiz HƏMAS-ın aradan qaldırılmasıdır. Bu məqsədə çatmaq üçün ilk növbədə HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Qalan HƏMAS batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və biz onlara da çatacağıq”, - Netanyahu bildirib.