Avropanın ən kriminal şəhəri açıqlandı

Avropanın ən kriminal şəhəri Fransanın Marsel şəhəridir.

Trend xəbər verir ki, bu barədə "Numbeo" portalının "Crime Index" hesabatından məlum olub.

Ümumilikdə, siyahıya Fransanın 10 şəhəri düşüb.

Beləliklə, antireytinqdə ikinci və üçüncü yerləri Britaniyanın Koventri və Birminqem, dördüncü yeri İtaliyanın Neapol, beşinci yeri isə Fransanın Monpellye şəhəri tutur.