ABŞ ordusu iki PUA-nı məhv edib

ABŞ ordusu Husi silahlı qruplaşmasına məxsus iki pilotsuz təyyarəni özünümüdafiə məqsədilə zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata əsasən, hücum husilərin nəzarətində olan ərazilərə həyata keçirilib.

Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.