İranda pakistanlılara atəş açılıb: 9 nəfər ölüb

İranın şərqində baş verən silahlı hücumda 9 Pakistan vətəndaşı həlak olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İranın  xəbər agentliyi "Tasnim"  ölkənin şərqində 3 silahlının həyata keçirdiyi hücumda ən azı 9 pakistanlının öldüyünü, 3 nəfərin isə yaralandığını açıqlayıb.

Bəluç hüquqlarını müdafiə qrupu "Haalvash" bildirib ki, qurbanlar işlədikləri avtomobil təmiri sexində yaşayan pakistanlı işçilərdir. Dövlət mediasının məlumatına görə, keçən ay Sistan-Bəlucistan əyalətinin Saravan şəhərində baş verən silahlı hücumlara görə məsuliyyəti heç bir şəxs və ya qrup öz üzərinə götürməyib.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç "Bu, dəhşətli və alçaq bir hadisədir və biz bunu birmənalı şəkildə pisləyirik" deyib.