İran yeni hava hücumundan müdafiə sistemlərini təqdim edib

İranın rəsmi İRNA xəbər agentliyinin verdiyi məlumata görə, regional gərginliyin artmaqda davam etdiyi bir vaxtda İran bu gün yerli istehsal olan “Arman” anti-ballistik raket sistemi və “Azaraxş” aşağı hündürlükdə hava hücumundan müdafiə sistemi də daxil olmaqla, yeni silahlarını nümayiş etdirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İki avtomobilə quraşdırılan sistemin açılış mərasimi İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştianinin iştirakı ilə baş tutub.

"Ölkənin müdafiə şəbəkəsinə yeni sistemlərin tətbiqi ilə İran İslam Respublikasının hava hücumundan müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq", - İRNA bildirib.


Qeyd olunur ki, “Arman” raket sistemi “eyni vaxtda 120-180 km məsafədə altı hədəfə qarşı çıxa bilir, “Azaraxş” raket sistemi isə 4 atışa hazır raketlə 50 km məsafəyə qədər hədəfləri aşkar edib məhv edə bilir. 

İyun ayında İran hakimiyyəti yerli istehsal etdiyi ilk hipersəs ballistik raketi olan 1400 kilometr mənzilli “Fəttah”ı təqdim də edib.