Kiyevdən əmr: Ukrayna ordusu geri çəkilir


Sursatı çatışmayan Ukrayna ordusu Rusiyanın şərqindəki Avdiivka şəhərindəki hücumlarına daha müqavimət göstərə bilməyib. Kiyev böyük itki verməmək üçün qoşunlara geri çəkilməyi əmr edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Avdiivkada əldə edilən Rusiyanın üstünlüyü müharibənin üçüncü ilinə qədəm qoyacaq fevralın 24-nə qədər simvolik qələbə hesab olunur.

Ukrayna üçün bu, may ayında Bəhmutun süqutundan sonra ən əhəmiyyətli itki idi.

Sursatları tükənmək üzrə olan Ukrayna artilleriyası rusların hər 10 atəşinə cəmi 1 top atəşi ilə cavab verə bilir.

Avdiivka 2014-cü ildə qısa müddətə rusiyapərəst separatçılar tərəfindən ələ keçirilib, sonra isə geri alınıb.

Müharibədən əvvəl 32 min nəfərin yaşadığı bölgədə əhalinin indi min nəfərdən az olduğu təxmin edilir.