Fransa ordusu erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçəcək

Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək.
APA xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında iki ölkə hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Memoranduma 3 ədəd Fransa istehsalı “Ground Master” radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.

Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.