60 yaşlı kişi dəm qazından boğuldu

Qubada 60 yaşlı kişi dəm qazından boğulub.

Axar.az xəbər verir ki, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyevin yaşadığı fərdi evinin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.