ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel erməni kökləri olan amerikalı kantri müğənnisi Aleksis Uilkinslə nişanlanıb.
Sherg.az xəbər verir ki, 27 yaşlı Uilkins sosial şəbəkədə 46 yaşlı Patel ilə fotosunu paylaşaraq nişan üzüyünü nümayiş etdirib. O, paylaşımına zarafatla “Qanunla əlaqəyə girdim” qeydini əlavə edib. Patel isə paylaşımı ürək və üzük emojiləri ilə müşayiət edib.
Cütlüyün 2022-ci ildə Neşvildə tanış olduğu, 2023-cü ilin əvvəlində isə münasibətə başladığı bildirilir. Uilkins 2025-ci ilin fevralında Patelin FTB direktoru vəzifəsinə andiçmə mərasimində də iştirak edib.
Kantri müğənnisi daha əvvəl ailəsinin erməni kökləri barədə danışıb. Onun sözlərinə görə, Koreya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmiş babası erməni soyqırımından qaçan erməni mühacirlərin oğlu olub.
Uilkins 2023-cü ildə “Grit” mahnısını təqdim edib və ABŞ veteranlarına dəstək göstərən təşkilatlarla əməkdaşlıq edib.