Belqorodda Rusiya FTX-sının binasına dron hücumu olub

Ukrayna Belqorodda Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin binasına hücum etməyə cəhd edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hücum PUA vasitəsilə olub.

İlkin məlumata görə, FTX-nın binasının fasadı zədələnib, pəncərələri qırılıb. Xəsarət alanların olmadığı bildirilib.