Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır? -AÇIQLAMA
Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır? -AÇIQLAMA
09:51 13.03.2024
Sağlamlıq
687
Ramazan ayında sağlamlığı qorumaq üçün düzgün və balanslı qidalanma şərtdir
Bu gün müqəddəs Ramazan ayının üçüncü günüdür. Həkim-mütəxəssislər hesab edir ki, Ramazan ayında sağlamlığı qorumaq üçün düzgün və balanslı qidalanma şərtdir. Ramazanın ilk günündən imsak və iftarda tərkibində maye olan qidalara üstünlük verilməsi tövsiyə olunur. Süfrəyə təqdim olunan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir.
Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır.
İftar yeməyindən dərhal sonra çay və kofenin içilməsi məsləhət görülmür.
Onu da deyək ki, həkimlər hamilə, şəkər, ürək-damar sistemi ilə bağlı xəstəliyi olan, xroniki xəstəliklərdən əziyyət çəkən, yetkinlik yaşına çatmayan şəxslərin və kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələrinin oruc tutmasını məsləhət görmürlər.
Ramazan ayında düzgün və balanslı qidalanma ilə bağlı tövsiyələrini bizimlə bölüşən akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətova bildirib ki, sözügedən ayda balanslı qidalanmaya diqqət yetirilməlidir:
“İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır.
Bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir. Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar”.
Şöbə müdiri əlavə edib ki, oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır:
“Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin həkim məsləhəti olmadan oruc tutmaları tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar. Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, iftar zamanı həddindən artıq yağlı qidaların qəbul edilməsi sağlamlığa mənfi təsir göstərir:
“Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır. Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət