Türkiyənin hərbi-siyasi rəhbərliyi İraqa gedir

Türkiyənin hərbi-siyasi rəhbərliyi İraqa gedir.
APA TRT Haber-ə istinadən xəbər verir ki, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın sabah İraqa gedəcəklər.

Adıçəkilən şəxslər səfər çərçivəsində Bağdadda terrorla mübarizə çərçivəsində keçiriləcək iclasa qatılacaqlar.