İraqla Türkiyə arasında ikinci təhlükəsizlik toplantısı başlayıb

İraqla Türkiyə arasında ikinci təhlükəsizlik toplantısı başlayıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, görüş İraqın paytaxtı Bağdadda keçirilir.

Qeyd edək ki, görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalının iştirak edirlər.