Paşinyan Brüsseldə görüşlərə başladı - VİDEO

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer arasında görüş başlayıb.
Bakupost.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, əsas müzakirə mövzuları USAID proqramlarının Ermənistanda həyata keçirilməsi ilə bağlı məsələlər, eləcə də bu ölkədə demokratiyanın inkişafına yönəlmiş proqramlar olacaq.
Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan da iştirak edir.