ABŞ-nin Tehrandan xahişi: “Hücum etməyin”

“Birləşmiş Ştatlar İsrailin İranın Dəməşqdəki konsulluğunu atəşə tutmasından sonra gərginliyin artması fonunda Tehranı ABŞ hədəflərinə hücum etməməyə çağırıb”.

Bunu İranın Prezident Administrasiyasının rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib.

Onun sözlərinə görə, İran da öz növbəsində, yazılı məktubla ABŞ-yə zərər almaması üçün uzaq durmaq barədə xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdəki diplomatik məhəlləyə hücum edib. Nəticədə İran konsulluğunun binası tamamilə dağılıb. İslam Respublikası Silahlı Qüvvələrinin elit bölmələrinin generalları da daxil olmaqla, azı 11 nəfər ölüb.

Oxu.az