Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb - VİDEO - YENİLƏNİB

Tbilisidə parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, hazırda polis parlament binasını tam nəzarətdə saxlayır, etirazçılar binanın ətrafından tam çıxarılıblar.
Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib. Etirazçılar hökumət əleyhinə, həmçinin qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
***
Gürcüstan parlamentinin plenar sessiyasında "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin üçüncü və sonuncu oxunuşda qəbul olunmasından sonra Tbilisidə toqquşmalar başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısında toplaşan etirazçılara polis müdaxilə edib.

Toqquşmalar zamanı çox sayda saxlanılanların olduğu, əraziyə su şırnaqları ilə müdaxilə edildiyi bildirilir. Xüsusi təyinatlı polis Rustaveli prospektinin təmizlənməsinə başlayıb.

Polis parlament binasının yerləşdiyi bütün küçələri tutub.

Telegram Widget
Media is too big
VIEW IN TELEGRAM
🇬🇪⚡️Tbilisidə parlament binasının qarşısında polis etirazçılara müdaxilə edib