Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı

Qarşımızda duran əsas vəzifə Rusiya Federasiyası Silahlı Qüvvələrini komplektləşdirməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın yeni müdafiə naziri Andrey Belousov deyib.

O qeyd edib ki, söhbət səfərbərlikdən getmir:

“Hərbi təhsilə prioritet məsələ kimi diqqət yetirilməlidir, bu sahədə müəyyən problemlər yığılıb”.

Qeyd edək ki, Putin Nazirlər Kabinetinin yeni tərkibini ötən gün təsdiqləyib.