Virtual sevgili tapdı və zəngin oldu!

10 dəqiqəyə min dollar qazanır, əri "problem yoxdur" dedi

  Özünə “virtual” (canlı olmayan) sevgi tapan xanım 10 dəqiqədə min dollar pul qazanır. Təəccüblü burasıdır ki, xanımın həyat yoldaşı buna etiraz etmir, əksinə, xanımını dəstəkləyir. Hər necə olsa da, xanım 10 dəqiqə ərzində min dollar qazanır. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Avstraliyanın Queensland əyalətində yaşayan və diş həkimi olan Sharna Beckman bir neçə dəqiqə içində varlanıb. S.Beckman bir neçə il öncə ailə həyatı qurub. Ailənin orta səviyyəli yaşam tərzi olub. Lakin hər şey dəqiqələr içində dəyişib və Sharna milyonlar qazanmağa başlayıb. Bu, qadının özünə virtual – xəyali sevgili tapdıqdan sonra baş verib. Virtual sevgili sayəsində Sharna dünya turuna çıxır, hətta real həyat yoldaşını da özüylə aparır. Əvvəlcə bu durumdan narazı qalan həyat yoldaşı Riki az sonra xanımının “virtual sevgili” macərasıyla barışıb. Sharmanın on minlərlə instagram təqibçisi var. Fotolarını instagrama yerləşdirən kimi dəqiqələr içində qazanc əldə edir. 10 dəqiqədə min dollar qazanır. Sharma həyat yoldaşının ona dəstək verdiyini deyib: “Əvvəlcə o, mənim başqa kişilərlə söhbət etməyimdın rahatsız olurdu. Mübahisə edirdik. Sonra mənə etibar etməyə başladı. Çünki mən o “sevgililərlə” real həyatda görüşmürdüm. Ancaq virtual aləmdə danışırdım. Onlar mənimlə real həyatda görüşmək istədiklərini bildirəndə, etiraz edirəm və rədd cavabı verirəm. Yalnız telefon vasitəsilə danışacağımı deyirəm”. Sharna ailəsinə dəyər verdiyini və həyat yoldaşı ilə münasibətlərini həmişəki kimi davam etdirdiyini də deyib: “Həyat yoldaşımla vaxt keçirməyi gözardı etmirəm. Ona çox vaxt ayırıram, birlikdə dünyanı gəzirik. Dünyanı gəzərkən virtual sevgililərlə də əlaqə saxlayıram. Onlar mənə hörmətlə yanaşır”. Sharnanın həyat yoldaşı Riki isə  bu durumu “bir-birimizlə yanaşı olduğumuz müddətdə heç bir problem yoxdur. Sharna onlarla ünsiyyət saxlaya bilər. Həm bir dost, həm də tərəf-müqabili kimi”.