Maks universitetin fəxri diplomuna layiq görülüb

ABŞ-ın Vermont Universiteti məktəbin sevimli pişiyinə fəxri diplom verib.

Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, Universitetin Facebook sosial media platformasındakı paylaşımında Maks adlı pişiyin Castleton kampusunun sevimli üzvü olduğu bildirilib.


Yazıda kampusun yaxınlığındakı evin üzvü olan Maksın 4 ildir tez-tez kampusa baş çəkdiyi və tələbələrlə dostluq etdiyi qeyd edilib.

Bildirilib ki, tələbələri kampus ətrafında səyahətlərində müşayiət edən Maksa universitet fəxri doktorluq diplomu verilməsinə qərar verib.

Pişik Maksın diplomu sabahkı buraxılış mərasimində sahibi Eşli Douya təhvil veriləcək.


"Maks kampusa getməyə qərar verdi və kollec tələbələri ilə vaxt keçirməyə başladı. Onlar da Maksı sevirdilər" Eşli Dou deyib.