Helikopterdəki heyət üzvləri anında... - Qızıl Aypara

İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterdəki heyət qəza zamanı anındaca həlak olublar.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.