Məhkəmə çəkişməsi: Ancelina Coli və Bred Pitt əmlakı bölə bilmir
Məhkəmə çəkişməsi: Ancelina Coli və Bred Pitt əmlakı bölə bilmir
Yusif Sultanoğlu
14:18 26.05.2024
Dünya
484
Hollivud “ulduz”ları Ancelina Coli ilə Bred Pittin hüquqi mücadiləsində yeni qərar alınıb.
"Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “ulduz”lar arasında Fransanın cənubundakı Miraval qəsri davası davam edir. Cütlüklər qarşılıqlı şəkildə bir-birilərinə qarşı iddia irəli sürüb. Lakin məhz Ancelina Colidən bütün yazılı anlaşmaları məhkəməyə təqdim etmək tələb olunur. Bu durumun Bred Pittin lehinə olacağı da bildirilir. Bundan öncə məhkəməyə müraciətində A.Coli keçmiş həyat yoldaşının Miraval qəsrindəki şərabçılıq təsərrüfatına nəzarəti ələ keçirməyə çalışdığını iddia edərək ona qarşı milyon dollarlıq dava açmışdı. B.Pitt isə A.Colinin ona zərər vermək məqsədilə şərabçılıq təsərrüfatını əcnəbi vətəndaşa satdığını iddia edərək məhkəməyə müraciət etmişdi. A.Coli 2021-ci ildə Miraval qəsrinin şərabçılıq təsərrüfatında özünün payına düşən hissələri rusiyalı biznesmen Yuri Şeflərə satıb. İndi isə məhkəmə A.Colidən son 8 ildə imzaladığı bütün sənədləri məhkəməyə təqdim etməyi tələb edir. Aktrisanın vəkili Pol Mörfi gizli anlaşmaya dair sənədləri təqdim etməkdən məmnun olduqlarını deyib. Və sənədləri məhkəməyə təqdim edəcəklərini söyləyib. Qeyd olunur ki, Hollivud “ulduz”ları 2014-cü ildə məhz bu qəsrdə evləniblər. Daha sonra B.Pitt bu şərabçılıq təsərrüfatına rəhbərlik etməyə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq