Qeyri-adi kəşf: At cəsədləri tapılıb

“Atlar sadəcə çuxura atılmayıb, onlara qayğı və hörmətlə yanaşılıb"

Fransada arxeoloqlar 2000 il əvvələ aid at qalıqlarının olduğu doqquz böyük məzar tapıblar. 
28 ayğırın olduğu atlar öldükdən az sonra sağ böyrü üstə qoyularaq başları cənuba baxaraq çuxurlara qoyulmuş halda olub.

Sherg.az xəbər verir ki, yaxınlıqdakı bir qəbirdə isə başları qərbə baxan iki itin qalıqları da aşkarlanıb.

Fransa Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutunun (Inrap) mütəxəssisləri karbon tarixi ilə müəyyən ediblər ki, qalıqlar eramızdan əvvəl 100-cü illərə, Romalıların Qədim Qalliyanı zəbtinin sonu və Qədim Roma İmperiyasının başlanğıcına aiddir.

Arxeoloqlar heyvanların döyüşdə öldürüldüyünü və ya ritualın bir hissəsi kimi basdırıldığını müəyyən etməyə çalışırlar.

Qalıqlar da parazit olub-olmaması üçün tədqiq edilir, lakin yalnız erkək yetkin atların basdırılması heyvan xəstəliyini ehtimal etmir.

Qazıntı yerindən o dövrə aid tikililər, xəndəklər və orta əsr yolları da aşkar edilmişdir.

İlk qazılmış çuxurda iki cərgədə üst-üstə yığılmış 10 tam at skeleti olub. Bu nümunə Fransanın başqa yerlərində edilən əvvəlki kəşflərə bənzəyir.

İnrapdakı arxeoloji əməliyyatın rəhbəri İzabelle Piçon bildirib ki, tapılan sonuncu artefaktın qeyri-adi sirri var. "Onların harada dəfn olunduğuna görə, biz onların Yuli Sezarın apardığı Qalliya müharibələri ilə əlaqəli olduğunu düşünürük, lakin bu, hələ də sadəcə bir nəzəriyyədir" deyib.

Piçon Roma ordusunun buradan keçdiyini bildiklərini, lakin onların necə öldüyünə dair hələ də heç bir dəlil tapmadıqlarını bildirib. Ritual dəfn olma ehtimalını istisna edə bilməyəcəklərini deyən arxeoloq atların yanında başqa heç bir əşyanın basdırılmadığını bildirib.

Qalıqların nadir olması səbəbiylə fövqəladə bir tapıntı olduğunu bildirən Piçon, "Bildiyimiz odur ki, bu atlar ehtiyatla basdırılıb. Onlar sadəcə çuxura atılmayıb, onlara qayğı və hörmətlə yanaşılıb" deyə bildirib.