Makron İsveçrədə Ukraynaya dair konfransda iştirak edəcək

Fransa Prezidenti Emmanuel Makron 15-16 iyun tarixlərində İsveçrədə Ukraynaya dair keçiriləcək konfransda iştirak etmək üçün dəvəti qəbul edib.

APA xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak və Fransa Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Loran Fabius “Le Figaro” qəzetinə məlumat veriblər.

“Ümid edirik ki, iyunun 15-də və 16-da İsveçrədə keçiriləcək Ukraynada sülhə dair beynəlxalq sammit sülh təşəbbüslərinin həyata keçirilməsi istiqamətində bir addım olacaq. Biz Fransa Respublikası Prezidentinin bu tədbirdə iştirak etmək qərarını alqışlayırıq”, - Yermak qeyd edib.