Bəşəriyyət üçün iki əsas təhlükə var - Bayden

İqlim dəyişikliyi və nüvə silahları planetdə bəşəriyyətin mövcudluğu üçün əsas təhlükədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşündə deyib.

Amerika lideri vurğulayıb ki, iqlim dəyişikliyinin mövcud təhlükəsi getdikcə güclənir:

"Bu, insanlıq üçün ekzistensial təhlükədir. İqlim dəyişikliyi ilə bağlı nəsə etməsək, bu, nüvə silahları ilə yanaşı insanlıq üçün yeganə ekzistensial təhlükə olaraq qalacaq".