600 it intihar edib: Körpüdən atlayan heyvanların sirri çözülür

"Qəribə bu idi ki, bütün itlər eyni hissədən atlanırdı. Atlandıqdan sonra ölməyən itlər belə təkrar körpüyə çıxır, yenidən atlanırdılar"
 
 Şotlandiyanın Overtoun körpüsü 74 ildir itlərin intihar yerinə çevrilib. Bugünədək bu körpüdən 600-ə yaxın it atlanaraq intihar edib. Səbəb nədir? İtlər intihara meyillidir, yoxsa körpü lənətlənib? 
“Shergşaz” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Şotlandiyadakı Overtoun körpüsü dünyanın sirli-sehirli məkanlarından biri hesab olunur. Bu körpü üzərində baş verən olaylar insanları dəhşətə salır. 1895-ci ildən günümüzədək bu körpü üzərindən ən azı 600-ə yaxın köpək atlanaraq intihar edib. Körpü 1895-ci ildə Kalvinist Lord Overtoun tərəfindən inşa edilib. Məqsəd iki sahili bir-birilə əlaqələndirmək, insanların rahat bir şəkildə bir sahildən qarşı tərəfə keçidini təmin etmək olub. Lakin körpünün üzəri ilə hərəkət edənlər burada qəribə bir ab-hava hiss ediblər. 1950-ci ildə isə qəribə hisslər qəribə hadisələrə dönüb. Həmin illərdə körpü itlərin oradan atlanaraq intihar etməsiylə məşhurlaşıb.  Qəribə bu idi ki, bütün itlər eyni hissədən atlanırdı. Atlandıqdan sonra ölməyən itlər belə təkrar körpüyə çıxır, yenidən atlanırdılar. Beləliklə, tam 600 it körpüdən atlanaraq intihar edib. Buna səbəb nə idi? 3 mülahizə üzərində daha çox dayanılır. Birinci mülahizə Kelt vifologiyası üzərindədir. Overtoun Kelt mifologiyasında “incə yer” anlamını verir. Və bu bölgə cənnətlə dünyanın bir-birinə ən yaxın nöqtəsi hesab edilir. Bölgə xalqının inancına görə, körpüdəki fövqəladə bir güc tərəfindən itlər qorxudulur, nəticədə itlər körpüdən atlanırlar. İkinci mülahizə depressiya ilə bağlıdır. Veterinar həkim Kendal Sheldrakenə görə itlər zaman-zaman depressiyaya düşə bilir, sahibləri ilə münasibətlərində gərginlik yaranır. Buna səbəb insanların öz daxili gərginliklərini ev heyvanlarına ötürməsidir. Ev heyvanları sahiblərinin kədərli, qəmli olduğunu anlayır və bu, onların da psixi vəziyyətinə təsir edir. Bir it sahibinin intihar meylini hiss edir. Hətta mümkündür ki, itin sahibi intihar etdiyi vaxt, it də başqa bir yerdə intihar etmiş olsun. Kendal Sheldrakenin fikrincə, itlər insanların əziyyətlərini gördükləri üçün intihar edə bilirlər. Overtoun körpüsünün olduğu yer Dumbarton bölgəsinə yaxındır. Bura  sakinlərin kasıb, ehtiyac içində yaşadığı bölgədir. Bəlkə də buranın sakinləri arasında intihar halları çoxdur. İtlərin də insanların çarəsiz vəziyyətini görüb intihar edə biləcəkləri təxmin edilir. Başqa bir həkim, itlər üzrə psixoloq doktor David Sands itlərin intiharının səbəbini araşdırmaq üçün Dumbartona səfər edib. O, körpüdən atlayan, lakin sağ qalan bir itlə körpü üzərindən təkrar keçərək onun reaksiyasını müşahidə etmək qərarına gəlib. 19 yaşlı köpək Hendrix qocaldığı üçün körpünün üzəri ilə sürətlə hərəkət etməyib. Lakin o, müəyyən bir hissədən keçdikdə bir qədər gərilib. Həkim sonra köpəyi müayinə edib və ürəyinin sürətlə döyündüyünü, duyma qabiliyyətinin yüksəldiyini fərq edib. Həmin yerin niyə itdə duyğu hissini yüksəltdiyini öyrənmək üçün bölgəyə mütəxəssislər cəlb olunub. Yerli əhali isə yaxınlıqda nüvə bazasının olduğunu və oradan yalnız itlərin duya biləcəyi bir səs eşidildiyini söyləyiblər.  Körpünün altında siçovullar, sincablar dolaşdığı məlum olub. Böyük ehtimalla itlər siçovulların və sincabların qoxusunu alaraq körpüdən atlanıblar.