Mədəni rahatladır, həzmi yüngülləşdirir
Ev şəraitində limondan istifadə etməklə bəzi sağlamlıq problemlərini həll etmək mümkündür.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, mütəxəssislər limonun hansı şəkildə istifadə edilməsindən asılı olmayaraq bir çox problemlərin aradan qaldırılmasına yardım etdiyini söyləyib. Sitrus meyvəsi olan limon şəfa qaynağı hesab edilir. Limon qaynadıldıqda isə faydası daha da artır. Limonun tərkibindəki C vitamini immun sistemin gücləndirilməsində böyük rol oynayır. C vitamini orqanizmi infeksiyalara qarşı qoruyan qandakı ağ hüceyrələrini artırır. Həzm sisteminin yaxşılaşmasında da limonun əhəmiyyəti böyükdür. Limon suyu mədə turşusunu tarazlayaraq həzmsizlik və köpə qarşı mübarizə aparır, bu problemlərin aradan qalxmasına kömək edir. Ağır və yağlı yeməkdən sonra limon qaynadılmış sudan bir fincan içmək xeyirlidir. Qaynanmış limon suyu mədəni rahatladır, həzmi yüngülləşdirir. Limon suyu təbii turşuluğuna görə mədə turşuluğunun azalmasına, qıcqırmaya qarşı faydalı vasitədir. Həzmi yüngülləşdirən limon suyu bağırsaqların yaxşı işləməsini də təmin edir, bağırsaq florasını yaxşılaşdırır. Qaynadılmış limonun suyunu səhər-səhər ac qarına içmək qara ciyər üçün də faydalıdır. Bu, toksinlərin orqanizmdən xaric olmasına, dərinin sağlamlaşmasına kömək edir. Limon suyunun enerjiverici gücü də müəyyən edilib. Limonun tərkibindəki vitaminlər və minerallar yorğunluğu azaldır, orqanizmi fəallaşdırır, stresi azaldır, ruh yüksəkliyi verir. Limonun təbii ətri sinir sistemini rahatladır. Qaynadılmış limon suyuna 2 qaşıq bal əlavə edilib içilsə, bu, onun faydasını daha da artıracaq.