Putin Şimali Koreyaya gedir

Rusiya Prezidenti Vladimir Putin iyunun 18-19-da Şimali Koreyaya səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
V.Putin Şimali Koreyanın ardından isə iyunun 19-20-də Vyetnama səfər edəcək.
O, Şimali Koreya və Vyetnamda strateji tərəfdaşlığın inkişafı və beynəlxalq gündəliyi müzakirə edəcək.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edib və Vladimir Putinlə görüşüb. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib.