TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsasını təşkil edir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio deyib.
Rubio Ermənistana səfəri zamanı müvafiq layihənin paraflandığını xatırladıb.
Xatırladaq ki, mayın 26-da Ermənistan ilə ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi paraflanıb.