Ukraynaya 28 milyard ayrılacaq - Leyen

Hava hücumundan müdafiə və pilotsuz təyyarələrə qarşı mübarizə Avropanın təcili prioritetləri sırasındadır. Ukrayna bu səylərə tam inteqrasiya olunacaq.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbətindən sonra X hesabında yazıb.

"Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün təkcə bu il 28,3 milyard avro ayrılacaq", - deyə Leyen əlavə edib.