Son xəbərlər

Ölkə gündəmini sarsıdacaq bir mətbuat konfransı keçirəcəyəm - Özgür Özəldən prezidentliyə namizəd açıqlamas

Yeni Partiyanın sədri Özgür Özəl prezidentliyə namizəd məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.

Sherg.az xəbər verir ki, Özəl gələn həftə cümə günü ölkə gündəmini uzun müddət məşğul edəcək mühüm mətbuat konfransı keçirəcəyini bildirib.

“Prezidentliyə namizəd dəyişəcəkmi, yeni namizəd kim ola bilər? suallarına cavab verəcəyəm. Ölkə gündəmini uzun müddət məşğul edəcək, sarsıdacaq bir mətbuat konfransı keçirəcəyəm”, -deyə o bildirib.

Özəl Yeni Partiyanın seçkilərə hazır olduğunu və partiyanı müxalifətdə qalmaq üçün deyil, hakimiyyətə gəlmək üçün qurduqlarını vurğulayıb.

O, həmçinin 2028-ci ildə keçiriləcək seçkinin “erkən seçki” kimi qiymətləndirilməyəcəyini bildirib.

Özəl Beşiktaşın Fələstinlə bağlı mövqeyini də dəstəklədiyini qeyd edib:

“Beşiktaşın mövqeyini, səsləndirdiyi bütün şüarları və Fələstin tərəfdarı mövqeyini sonadək dəstəkləyirik”.