Qriqoryanın London səfəri: İrəvan xarici siyasətində dəyişikliklər etmək istəyir? -RƏY

Ermənistan hökumətindən yayılan məlumata görə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyaya səfər edəcək.
İşgüzar səfərlə bağlı müvafiq sərəncamı Baş nazir Nikol Paşinyan imzalayıb.
Səfər iyulun 17-19-da baş tutacaq. Nümayəndə heyətinə Qriqoryanın köməkçiləri Tatevik Petrosyan və Sevak Kaqramanyan da daxildir.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Böyük Britaniya dünyanın aparıcı dövlətlərindən biridir:

"Antirusiya ritorikasının genişlənməsi fonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Böyük Britaniyaya səfər etməsi rəsmi İrəvanın xarici siyasətində dəyişikliklər etmək məqsədlərini irəli sürdüyünün göstərir. Hesab edirəm ki, bu görüşlər Azərbaycan-Böyük Britaniya münasibətlərinə zərbə vurmaq xarakteri daşıyır. Lakin hazırda rəsmi London və Bakı arasında çox etibarlı tərəfdaşlıq münasibətləri, strateji əlaqələr mövcuddur. Bu səbəbdən Ermənistan nə qədər çalışsa da, Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirə bilməyəcək. Çünki bizim münasibətlərimiz möhkəm təməllər üzərinə qurulub. İstənilən ikitərəfli münasibətləri pozmağa yönəlmiş cəhdlərdə yolverilməzdir və Ermənistan buna nail ola bilməyəcək".