Bu qərar Kiyevdən asılıdır - Stoltenberq

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmağa və sülh danışıqlarına başlamağa hazır olduğuna dair heç bir əlamət yoxdur.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Ukrayna suveren və müstəqil dövlət olduğu üçün sülh danışıqları və istənilən danışıqlar yolu ilə həll üçün məqbul şərtlərin nə olacağına qərar vermək Kiyevdən asılıdır", - Y.Stoltenberq vurğulayıb.

Alyansın baş katibi qeyd edib ki, NATO Ukraynaya öz mövqelərini möhkəmləndirməkdə kömək etməlidir, çünki danışıqlar masası arxasında baş verənlərlə döyüş meydanında vəziyyət arasında güclü əlaqə var.